Ən güclülər müəyyənləşir - VİDEO

Ən güclülər müəyyənləşir - VİDEO
Ölkə çempionatında 200-ə yaxın üzgüçü mübarizə aparır

Üzgüçülük üzrə Azərbaycan çempionatına start verilib. Açıq xarakterli yarışda rusiya və gürcüstan idmançıları da mübarizə aparırlar.

Su İdmanı Sarayında reallaşan çempionatda 200-ə yaxın üzgüçü medallar uğrunda qüvvəsini sınayır. Onlar arasında oğlanlarla yanaşı, qızlar da var. Qaliblər bütün yaş qruplarında müəyyənləşir.

Üzgüçülər 17 növdə ən güclüləri müəyyənləşdirirlər. 3 gün davam edəcək ölkə çempionatına fevralın 29-da yekun vurulacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər