“Mövcud vəziyyət və perspektivlər” - VİDEO

“Mövcud vəziyyət və perspektivlər” - VİDEO
Mədəniyyət və incəsənət sahəsində biznesin inkişafı

Bakıda mdəniyyət və incəsənət biznesinə dair forum təşkil olunub. Azərbaycan Respublikasının Kiçik və Orta biznesin inkişafı agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində bzinesin inkişafına dair ictimai fikir müzakirə təşkil edilib.

Yarat müasir İncəsənət Məkanında Mədəniyyət nazirliyinin və kiçik və orta biznesin inkişafı agentliyinin, eləcə də qeyri hökumət təşkialtlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilmiş “Mədəniyyət və incəsənət sahələri biznes forumu: mövcud vəziyyət və perspektivlər” forumunda müzakirələr aparılıb, iştirakçıların müraciət və təklifləri dinlənilib, suallar cavablandırılıb.

Forumda iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, yaradılan yeni portal vasitəsilə vətəndaşlar əlaqədar təşkilatlarla və yaradıcı insanlarla fikir mübadiləsi apara bilərlər.

Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda yaradıcı və incəsənət sənayeləri üzrə ənənəvi sahələrdə inkişaf potensialının reallaşdırılması və kordinasiyalı tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyatı dövlət qurumları və özəl sektorun təmsil olunduğu işçi qrupun yaradılmasını təklif etdi.

KOBIA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun məqsədinin müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirdi.

Digər xəbərlər
Bu gün
Dünən