Azərbaycanın Münxen qələbəsi - VİDEO

Azərbaycanın Münxen qələbəsi - VİDEO
Rusiyalı politoloq: "İ.Əliyevin qələbəsinə səbəb tarixi həqiqətlərdir"

“Azərbaycan prezidentinin Münxendəki debatda qələbəsi tarixi həqiqətlərə dayanır”.

Bu fikirləri REAL TV-nin Rusiya bürosuna acıqlamasında Rusiya Siyasi Araşdırmalar inistitutunun sədri, politoloq Sergey Markov Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və ErmənistanIN Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsini şərh edərkən bildirdi.

“Azərbaycan və Ermənistan prezidentlərinin belə yüksək səviyyədə debatı olmamışdı. İlk növbədə bu meydan dünya təhlükəsizliyi baxımından ən əsas meydanlardan biridir, hansı ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə eyni müstəvidə dəyərləndirmək olar. Hər kəs gördü ki, İlham Əliyev bu diskusiyada qalib gəldi. Bu qalibiyyətinsə iki əsas səbəbi var. Birincisi, İlham Əliyev daha təcrübəli və yüksək təhsilli bir siyasətçidir. Biz həm də qürurlanırıq ki, O təhsilini Moskva Beynəlxalq Əlaqələr Universitetində alıb. Və qeyd etmək istəyirəm ki, İlham Əliyev dil bilmə baxımından da, dəlillər baxımından da daha hazırlıqlı idi. Bir sözlə Şəxsi hazırlıq İlham Əliyevin qələbəsinin ilk şərti oldu.”

Politoloqun fikrincə, İlham Əliyevin qələbəsinə səbəb onun nitqinin tarixi həqiqətlərə və faktlara söykənməsi, Azərbaycan Prezidentinin sübutlarla danışmasıdır:

“Həqiqət budur ki, Dağlıq Qarabağ dünya ölkələri tərəfindən Ermənistanın yox, məhz Azərbaycan torpaqları kimi tanınıb. Həqiqət budur ki, Dağlıq qarabağın sakinləri heç bir vaxt azad şəkildə seçkilərdə iştirak etməyib. Çünki Dağlıq Qarabağın Azərbaycan icması və ona bitşik yeddi rayonun əhalisi məcburi şəkildə yaşadıqları yeri tərk ediblər, milli mənsubiyyətə görə bu ərazilərdən qovulublar. Buna görə onların səsvermə imkanı olmayıb. Həqiqət burasındadır ki, Dağlıq Qarabağın işğalı zamanı Xocalı soyqırımı törədildi. Bütün bu tarixi həqiqətlər İlham Əliyevin bu debatda tamamilə qalib gəlməsinin əsas göstəricisi oldu. Mən bir insan belə görmədim desin ki, bu debatda Ermənistanın baş naziri qalib gəldi. Çünki hər kəsə məlum oldu ki, o yalan danışır.”

Qeyd edək ki, ilk dəfə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatı keçirilib.

Digər xəbərlər
Bu gün
Dünən