FIFA referilərimiz aşağı liqaya göndərildi

FIFA referilərimiz aşağı liqaya göndərildi

Futbol üzrə Azərbaycan I Divizionunda XVII turun oyunları üçün hakim təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşmalardan ikisində FIFA referiləri iş başında olacaq. 

Əliyar Ağayev “Zirə-2” - “Zaqatala”, Rəhim Həsənov isə “Səbail-2 - “Qarabağ-2” matçını idarə edəcək.

Qeyd edək ki, fevralın 28-də keçiriləcək hər iki oyun saat 14:00-da başlayacaq. Son olaraq, Əliyar Ağayev Azərbaycan Premyer Liqasında XVIII turun "Qəbələ" - "Neftçi" (0:2) qarşılaşmasını, Rəhim Həsənov isə XVII turda "Zirə" - "Qarabağ" (0:6) duelini idarə edib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər