AQTİ-dən qabaqlayıcı tədbirlər - VİDEO, YENİLƏNİB

AQTİ-dən qabaqlayıcı tədbirlər - VİDEO, YENİLƏNİB
Koronavirusla bağlı laboratoriyalar hazır vəziyyətə gətirilib

Koronavirusla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilib və gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyası təcili çağırışlara operativ şəkildə reaksiya vermək imkanlarına malikdir. Laboratoriya yeni koronavirusun müayinəsi üçün çox qısa zamanda PZR (Polimeraz Zəncirvari Reaksiya) dəstləri, Fərdi Mühafizə Vasitələri, dezinfeksiyaedici vasitələrilə təmin olunub.

Bundan əlavə, yeni koronavirus infeksiyası ilə əlaqədar Biotəhlükəsizlik Səviyyəsi 3 olan mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının eksperti laboratoriyada aparılan müayinələri sonadək izləyib və yüksək qiymətləndirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər