Musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq

“Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq”.

Bunu "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" forumunda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

"Şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq. 2 ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir. Ötən il 500 müəllimin müraciəti qəbul olunub, 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada pulsuz təhsil almasını dövlət öz üzərinə götürüb".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər