"AGRO Hackathon-2020" - VİDEO

"AGRO Hackathon-2020" müsabiqəsilə bağli mətbuat konfransi keçirilir

Fevral ayının 29-da Aqro “Hakaton-2020” müsabiqəsi başlayır.Aqro Hackathon 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir.

Müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib.Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandalarının ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçıların sayı isə 20 nəfərdən artıqdır.

29 fevral saat 20:20-də başlayacaq yarış 2020 dəqiqə müddətində davam edərək mart ayının 2-də saat 06:00-da yekunlaşacaqdır.Bu barədə Aqrar elm və innovasiya mərkəzinin direktor müavini Əkbər Abbasov mətbuat konfransında deyib.

Qeyd edək ki, müsabiqə təşkil ediləcəyi yer və qoyulmuş problemin unikallığı cəhətdən dünyada bir ilkdir. Hakatonda hazırlanacaq həllin birbaşa müasir istixana komplekslərinin idarəetməsində tətbiq edilməsi nəzərdə tutulur.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov tədbirdə çıxış edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər