Ümrə ziyarəti qadağan olunub

Ümrə ziyarəti qadağan olunub
Koronavirusla əlaqədar məkkə və mədinəyə ziyarət dayandırılıb

Səudiyyə Ərəbistanı rəhbərliyi ümrə ziyarətini müvəqqəti olaraq qadağan edib.

Rəsmi ər-Riyad yeni növ koronavirusla əlaqədar müvəqqəti olaraq belə bir addım atıb.

Eyni zamanda, Mədinə şəhərinə də ziyarət dayandırılıb.

Ölkənin xarici işlər naziri qadağanın nə vaxta qədər davam edəcəyini bildirməyib.

Qeyd edək ki, hər il 7 milyona yaxın insan Səudiyyə Ərəbistana ümrə ziyarətinə gedir.

Bu, kiçik Həcc sayılır və istənilən vaxt icra oluna bilər.

Səudiyyə Ərəbistanında koronavirusa yoluxma halı qeydə alınmayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər