Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır

Səudiyyə Ərəbistanı ölkə ərazisində yeni növ COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər tətbiq edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyindən bildiriblər.

Bildirilir ki, hökumət Ümrə ziyarəti məqsədi ilə gələn şəxslərin ölkəyə girişinin dayandırılması barədə qərar qəbul edib.

Bundan əlavə, yeni növ koronavirusun yayıldığı ölkələrdən Krallığın ərazisinə səfərlərə qadağa qoyulub. Hökumət həmçinin Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin vətəndaşlarına ölkəyə giriş-çıxışda pasport əvəzinə şəxsiyyət vəsiqəsinin istifadə edilməsinə də mhdudiyyətlər tətbiq edib.

Qeyd edilir ki, Səudiyyə Ərəbistanı digər ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının virusa qarşı mübarizə üzrə səylərini dəstəkləməyə hazırdır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən