Türkiyə ordusuna hücum olub

Türkiyə ordusuna hücum olub
Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb

Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub.

REAL Türkiyə mətbuatına istinadən məlumat verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində 2 türk əsgəri həlak olub, daha 2 əsgər yaralanıb.

Bildirilir ki, Suriyanın hökumət qüvvələrinə dərhal cavab atəşi açılıb.

Nəticədə Suriyanın hökumət qüvvələrinin texnikası və canlı qüvvəsi məhv edilib.

Digər xəbərlər
Bu gün
Dünən