Çində koronavirusa aid kitab nəşr olunub

Çində koronavirusa aid kitab nəşr olunub

İndiyədək Çində 2718, xaricdə isə 53 nəfərin ölümünə səbəbə olan yeni tip koronavirusa aid kitab nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq Nəşriyyatı və Xalq Nəşriyyat Evinin birgə layihəsi olan kitab Çinin koronavirus ilə mübarizəsindən, ölkənin virusun yayılmasının qarşısını almağa yönələn səylərindən və qabaqlayıcı tədbirlərindən bəhs edir. Nəşrdə koronavirus epidemiyası ilə bağlı ən vacib məqamlara, hadisələrə, habelə fərdlərin mübarizəsinə və Çinin bu istiqamətdə beynəlxalq əməkdaşlığına aid hissələr var.

Hələlik yalnız Çin dilində çap olunan kitabın növbəti mərhələdə ingilis, fransız, ispan, rus və ərəb dillərində də nəşri planlaşdırılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən