“Ulu Türkün Təbrizi” - VİDEO

“Ulu Türkün Təbrizi” - VİDEO
Təbriz Xəlilbəyliyə həsr olunan filmin təqdimatı keçirilib

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilən “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçirildi.

Ekran əsəri Milli Qəhrəman Təbriz Xəlilbəyliyə həsr olunan ikinci sənədli filmdir. “Ulu türkün Təbrizi” sənədli filmində Təbriz Xəlilbəylinin ömür və döyüş yolu haqqında yeni və maraqlı məqamlar əksini tapıb.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli şəhidlərin ölmədiyini, onların hər zaman mənsub olduğu millətin yaddaşında yaşadığını söylədi.

O, ömür-gün yoldaşı, Xalq şairi Xəlil Rza Uluturkün oğlu Təbrizə həsr etdiyi şeiri söyləyib.

Qeyd edək ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb.

1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb.

O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak olub.
 

Digər xəbərlər
Bu gün
Dünən