Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər

Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) miqrasiya könüllüləri aksiya keçiriblər.

DMX-dən AZƏRTAC-a bildirilib ki, onlar paytaxtın Nizami küçəsində, o cümlədən alış-veriş mərkəzlərinin qarşısında əcnəbilərə və gənc nəslə Xocalı soyqırımının təfərrüatlarını əks etdirən informasiya bülletenləri və flayerlər paylayıblar.

Kampaniyaya qatılanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı barədə insanları ətraflı məlumatlandırılıblar.

Aksiya boyu insanlar xüsusi hazırlanmış çərçivədə şəkillər çəkdirib şəxsi sosial hesablarında paylaşıblar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər