Xocalı soyqırımı “Əl Cəzirə” qəzetində - VİDEO

Xocalı soyqırımı “Əl Cəzirə” qəzetində - VİDEO
Nüfuzlu qəzet Azərbaycan səfirinin məqaləsini dərc edib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının aparıcı kütləvi informasiya vasitələrindən “Əl-Cəzirə” qəzetinin 26 fevral 2020-ci il tarixli sayında Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Xocalıda həlak olanlara görə Ermənistan məsuliyyət daşıyır” başlıqlı məqaləsi dərc olunub.

Yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdiyi, bir günün içində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə, valideynlərindən birini itirdiyi, düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sının uşaq olduğu 1275 xocalılının əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü oxucuların diqqətinə çatdırılıb. Həmin gecə baş verənlərlə bağlı ətraflı məlumat verilib.

Müəllif Xocalı qətliamının beynəlxalq ictimaiyyətə tanıdılmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu, onun dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə tanıdılmasının təmin edilməsi, habelə bu soyqırım aktının obyektiv qiymətləndirilməsi istiqamətində əməli addımlar atıldığını oxucuların diqqətinə çatdırıb.

Məqalədə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olduğu, habelə 06-07 fevral 2013-cü il tarixlərində Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında Xocalı qətliamının soyqırım və bəşəriyyətə qarşı cinayət kimi tanındığı vurğulanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər