Türkiyə-Naxçıvan sərhədi açıldı - ŞƏRH (VİDEO)

Türkiyə-Naxçıvan sərhədi açıldı - ŞƏRH (VİDEO)
Naxçıvan-Dilucu sərhəd məntəqəsindəki məhdudiyyət aradan qaldırılıb

Fevralın 23-də koronavirus təhlükəsi ilə əlaqədar olaraq bağlanan Türkiyə - Naxçıvan sərhədi yenidən açılıb.

Naxçıvan-Dilucu sərhəd məntəqəsindəki məhdudiyyətin aradan qaldırılması Azərbaycan Türkiyə münasibətlərinin bariz göstəricisi kimi qiymətləndirilməlidir.

Bunu REAL-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa dedi.

YAP-ın İcra katibinin müavini Siyavuş Novruz isə Naxçıvan-Dilucu sərhəd məntəqəsindəki məhdudiyyətin aradan qaldırılmasının Naxçıvanın ticari mövqeyinin dahada sürətlənməsinə töhvə verəcəyini bildirdi.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması Azərbaycan ictimaiyyəti tərəfindən təəccüb və narahatlıqla qarşılanmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfərinin ardınca fevralın 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

Digər xəbərlər
Bu gün
Dünən