Xocalı soyqırımı qurbanları Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə anılıb (VİDEO)

 Xocalı soyqırımı qurbanları Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə anılıb (VİDEO)

Gəncədə Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də baş tutan ümumşəhər tədbiri “Xocalı” abidəsinin önündə keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər