Bakıda üç avtomobil toqquşub, 3 nəfər ölüb

Bakıda üç avtomobil toqquşub, 3 nəfər ölüb

Xocəsən qəsəbəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hadisədə yaralanan kişi də dünyasını dəyişib.

***

Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən biri gölə düşüb.

TƏBİB-dən APA-ya bildirilib ki, qəza nəticəsində iki qadın ölüb, bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fövqəlada Hallar Nazirliyindən REAL-a verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər