ABŞ bir şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan olundu

ABŞ bir şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkə rəsmilərinin bu addımı atması koronavirusa hazırlığa çağırış ilə əlaqədar olduğu bildirilir.

“San-Fransiskoda koronavirus hadisəsi hələlik qeydə alınmasa da, dünyada vəziyyət sürətlə dəyişir və biz buna hazırlığımızı gücləndirməliyik”, - şəhərin meri London Brid bildirib.

Xatırladaq ki, ABŞ-da 14 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Bunlar əsasən xaricə səfərlə bağlı yayılıb. Bundan başqa, “Diamond Princess” kruiz gəmisi və Çinin Uhan şəhərindən təxliyə edilmiş ABŞ vətəndaşlarının 39-da koronavirus infeksiyası aşkarlanıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər