Etnik təmizləmə - Soyqırımlara son (VİDEO)

Etnik təmizləmə - Soyqırımlara son (VİDEO)
Pakistanda Xocalı qurbanları anılıb

Xocalı Soyqırımı ermənilərin “Böyük Ermənistan” qurmaq xəyallarının və etnik təmizləmə siyasətinin davamı olaraq həyata keçirilib. Bu barədə Pakistanın Müasir Dillər üzrə Milli Universitetinin və Azərbaycanın bu ölkədəki səfirliyinin

Xocalı Soyqırımına həsr olunan “Birlikdə Sülh və İnsanlıq naminə. Etnik təmizləmə və Soyqırımlara son” adlı seminarında qeyd olunub.

Əvvəlcə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli film nümayiş olunub. Universitetin baş direktoru Muhəmməd İbrahim seminarın Xocalı soyqırımının anılması və dünya ictimaiyyətinə tanıtdırılması istiqamətində Pakistanın Azərbaycana verdiyi dəstəyin göstəricisi olduğunu söyləyib.

Bosniya və Herseqovinanın Pakistandakı səfiri Sakib Foriç, ölkəsi kimi Azərbaycanın da tarixən böyük dövlətlərin və müxtəlif ideologiyaların kəsişmə nöqtəsində yerləşdiyini, bu səbəbdən də çətin dövrlərdən keçdiyini bildirib. O, Bosniya və Herseqovina parlamentinin Xocalı soyqırımını tanıdığını bir daha bəyan edib, Azərbaycanın beynəlxalq arenada ədalət uğrunda mübarizəsini davam etdirməli olduğunu deyib.
Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə 1992-ci ilin 26 fevral tarixində bütöv bir şəhərin yer üzündən silindiyini, işğal olunmuş Azərbaycan ərazilərində tarixi-dini abidələrin, məscidlərin dağıdıldığını diqqətə çatdırıb. O, 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsində, 2017-ci ildə isə Milli Assambleyanın Xarici İşlər Komitəsində Xocalı Soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilmiş qətnamələri xatırladaraq Pakistan xalqı və dövlətinə təşəkkür edib.

Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid münaqişələrə eyni prinsiplərdən yanaşmanın zəruriliyini vurğulayaraq, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılmasını diqqətə çatdırıb. O, Pakistanın Ermənistanı dövlət kimi tanımayaraq, Azərbaycana tam və davamlı dəstək verdiyini qeyd edib.
Tədbirdə həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar nümayiş olunub.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər