Şahmatçılarımız “Aeroflot open” beynəlxalq festivalında çıxışlarını davam etdirirlər

Şahmatçılarımız “Aeroflot open” beynəlxalq festivalında çıxışlarını davam etdirirlər

Fevralın 25-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının yeddinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın A turnirində uğurla çıxış edən şahmatçımız Rauf Məmmədov yeddi turdan 5,5 xal toplayaraq liderliyini davam etdirir. Ondan yarım xal geri qalan gənc şahmatçımız Aydın Süleymanlı isə 5-ci sırada qərarlaşıb. Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Vüqar Əsədli və Vasif Durarbəyli hərəyə 4 xal, Abdulla Qədimbəyli 3,5 xal qazanıblar. Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 5,5 xalla 3-cü yeri tutur. Onun komanda yoldaşları Read Səmədov 3, Elvin Bayramov 2,5 xal toplayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər