Olimpiadaya hazırlıqlar davam edir - VİDEO

Olimpiadaya hazırlıqlar davam edir - VİDEO
13 idmançımız "Tokio-2020"yə vəsiqə qazanıb

Yaponiyada keçiriləcək yay olimpiya oyunlarına təxminən 5 ay vaxt qalıb. Azərbaycan millisi 4 illiyin ən mötəbər turnirinə hələ ki, 13 lisenziya qazanıb. Amma bu, son deyil. Belə ki, qarşıda Tokio-2020-yə vəsiqə verəcək bir sıra yarışlar var.

Bu isə oyunlara yollanacaq idmançılarımızın sayının artacağına ümid yaradır.

Prezident İlham Əliyevin Azərbaycan idmançılarının Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında imzaladığı Sərəncamdan sonra, GİN, MOK və Federasiyalar tərəfindən yarışa hazırlıqlar daha da intensivləşdirilib.

May ayından etibarən nümayəndə heyəti yarışın keçiriləcəyi Tokioya yollanacaq və idmançılarımızın qərarlaşacağı atletlər kəndi ilə tanış olacaq.

Xatırladaq ki, bu günədək taekvondoçumuz Milad Beiqi Harçeqani, idman gimnastlarımız Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnastımız Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komandamız, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçümüz Maksim Şemberev, güllə atıcımız Ruslan Lunyov, güləşçilərimizdən Mariya Stadniklə Şərif Şərifov və karateçimiz İrina Zaretska Tokio-2020-yə vəsiqə qazanıb. Həmçinin, şosse velosipedində də bir idmançımız Yaponiyaya yollanacaq.

İyulun 24-də start götürəcək yay olimpiya oyunları avqustun 9-da yekunlaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər