MSK bir məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK bir məntəqədə seçkinin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 64 saylı Sabirabad ikinci seçki dairəsindən olan müraciətə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib".

İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən