BMT-nin Baş katibi çağırış edib - VİDEO

BMT-nin Baş katibi çağırış edib - VİDEO
“Müharibə qayda-qanunlarına hörmət edin”

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdlibdə hücum təhlükəsi altında olan mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün çağırış edib.

Bildirilir ki, milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.

Müraciətdə qeyd edilir ki, hesablamalara görə, son aylarda İdlibdə 900 min nəfərdən artıq insan evlərini və ya sığınacaqlarını tərk ediblər.

İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır.

BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər