Çində koronavirusdan ölənlərin sayı artıb

Çində koronavirusdan ölənlərin sayı artıb

Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb.

REAL "Reuters"-ə istinadən məlumat verir ki, ümumilikdə, ötən gün bu ölkədə, 397 nəfər virusa yoluxub.

Epidemiyanın yayılma episentri hesab edilən Hubey əyalətində 106 nəfər koronavirusdan həyatını itirib. Bu ölüm hallarından 90-ı Hubeyin paytaxtı Uxan şəhərində qeydə alınıb.

Qeyd edək ki, Çində ümumilikdə koronavirusa yoluxma hallarının sayı isə 76 288-ə bərabərdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər