Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Cəbəllütariq millisini məğlub edib

Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Cəbəllütariq millisini məğlub edib

On yeddi yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Qolları Edanur Mutlu və Büşra Yabançı vurub.

Turnir çərçivəsində U-17 millimiz növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər