Şahmatçımız Nicat Abbasov Praqada ikinci yeri tutub

Şahmatçımız Nicat Abbasov Praqada ikinci yeri tutub

Çexiyanın paytaxtı Praqada təşkil olunan beynəlxalq festivalda şahmatçımız ikinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov doqquzuncu turda polşalı Kasper Perun ilə qarşılaşmanı qalib başa vuraraq aktivinə daha bir xal əlavə edib. Ümumi nəticələrə görə, şahmatçımız 5,5 xalla ikinci yerdə qərarlaşıb.

Yarışın qalibi 6 xalla niderlandlı Yorden van Forest olub. Üçüncü yeri isə 5,5 xalla rusiyalı Andrey Yesipenko tutub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər