Azərbaycanın ən yaşlı polis veteranı müharibə xatirələrindən danışır - VİDEO

Azərbaycanın ən yaşlı polis veteranı müharibə xatirələrindən danışır - VİDEO
Qələbə-75

Bu il İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyi qeyd olunacaq.

Biz də REAL TV olaraq Qələbədə özünəməxsus xidmətləri olan veteranlarımızla görüşüb 75 illik xatirələri bir daha yada salırıq.

Bu gün onlar barmaqla sayılacaq qədərdir. Bu dəfə ki müsahibim 100 yaşın astanasında olan Azərbaycanın ən yaşlı polis veteranı Əlikişi Cümşüdovdur . Mozdokdan Berlinə qədər ağır döyüş yolu keçən Əlikişi müəllim üç dəfə yaralansa da yenidən səngərə qayıdıb.

Müharibənin ağrı - acısı bu gün də gözümün önündədir deyir qocaman veteran. O illəri xatırlayarkən həm kövrəlir, həm də fərəhlənir.

Müharibə veteranı Əlikişi Cümşüdov:

Bizə verilən ömür payında hərə bir yolu seçir və o yolun yolçusu olur. Məndə müharibədən qayıtdıqdan sonra polis peşəsini seçdim.

Düz 35 il Daxili işlər orqanlarında qürürla xidmət edib Əlikişi Cümşüdov.

Səkkiz övlad, 24 nəvə və 24 nəticə sahibidir Əlikişi Cümşüdov. 100 yaşın astanasında olan qocaman veteran deyir ki, ürəyimdə bir tək arzum qalıb. O da Dağlıq Qarabağdan QƏLƏBƏ xəbərini eşidib o torpaqlara getməkdir. Tezliklə arzunuz çin olsun qocaman veteran.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər