BŞİH-də Xocalı Soyqırımı anıldı - VİDEO

BŞİH-də Xocalı Soyqırımı anıldı - VİDEO
Xocalıya aid "Sonsuz Dəhliz" filmi nümayiş olundu

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində “Sonsuz dəhliz” adlı film nümayiş olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində litvalı kino rejissor Andreas Brokasın çəkdiyi “Sonsuz dəhliz” filmi izləyənləri bir daha faciənin baş verdiyi illərə apardı.

Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktəblərinin tələbələri, gənclər, mədəniyyət işçiləri, könüllülərin iştirakı ilə faciənin ildönümünə həsr olunmuş tədbiri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov açaraq Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat verdi.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərim Şükürov, Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor Həvva Məmmədova, faciənin canlı şahidi Ramin Quliyev və başqaları Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən ürək ağrısı ilə söhbət açdılar. Nümayiş etdirilən “Sonsuz dəhliz” filminin Xocalı həqiqətlərinin geniş ictimaiyyətə, xüsusilə xarici ölkələrdə yaşayan vətəndaşlara obyektiv çatdırılmasinda böyük rolu olacağı vurğulandı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər