Kinomuzun yaşayan tarixi - VİDEO

Kinomuzun yaşayan tarixi - VİDEO
Aydın Kazımzadənin 80 illiyinə həsr olunan tədbir keçirilib

Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yubiley tədbiri Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb.

Bildirib ki, Azərbaycan kinosunun tədqiqində, araşdırılmasında Aydın Kazımzadənin çox böyük rolu var.

Çıxış edən digər qonaqlarda Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışıblar.Azərbaycan kinosunun dərindən araşdırılmasındakı xidmətlərinə görə yubilyara təşəkkür ediblər. Aydın Kazımzadə ona olan diqqət və dövlət qayğısına görə minnətdarlıq ifadə edib. Bu yaşdan sonra yalnız bir arzusunun olduğunu vurğulayıb.

Tədbir çərçivəsində yubilyarın iştirak etdiyi və müəllifi olduğu televiziya verilişlərindən fraqmentlər, ssenari müəllifi olduğu sənədli filmlərdən kadrlar nümayiş olunub. Yubilyara “Azərbaycanfilm” kinostudiyasının tarixinin öyrənilməsi və təbliğindəki xidmətlərinə görə diplom və hədiyyə, eləcə də Kinematoqrafçılar İttifaqının və Sinema Radio layihəsinin yubiley hədiyyəsi təqdim edilib.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər