Çinə mənəvi dəstək - VİDEO

Çinə mənəvi dəstək - VİDEO
Azərbaycanlıların videoçarxında Çin xalqı ilə həmrəylik ifadə olunub

Koronavirus epidemiyası ilə mübarizədə Çinə dəstək məqsədi ilə həmvətənlərimiz tərəfindən videoçarx hazırlanıb. Videoda belə çətin günlərdə Azərbaycanın Çin xalqı ilə həmrəyliyi, epidemiya ilə mübarizəyə dəstəyi ifadə olunub. Çində təhsil alan və müvəqqəti yaşayan, vaxtilə Çinin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlılar, habelə uşaqlar və məktəblilər arzularını dilə gətirərək öz mənəvi dəstəklərini bildiriblər.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu bir daha bəyan edib. O, Çin hökumətinin və xalqının koronavirus epidemiyasına qarşı mübarizədə tezliklə qalib gələcəyinə, ölkənin inkişafının, tərəqqisinin davam edəcəyinə ümidvar olduğunu deyib.

Videoçarxda epidemiya ilə mübarizədə çinli həkimlərin böyük fədakarlığına, koronavirusun yayıldığı günlərə təsadüf edən Çin Mərkəzi
Televiziyasında Yeni il qala konsertində Azərbaycan rəqqaslarının çıxışlarına, ölkəmizdən epidemiya ilə mübarizə məqsədi ilə Çinə göndərilən humanitar yardımlara dair görüntülər də yer alıb.

Azərbaycanlıların dəstək videoçarxı Çinin “china.com.cn” xəbər portalında və bir neçə digər elektron kütləvi informasiya vasitələrində yerləşdirilib, "Wechat" sosial şəbəkəsində geniş yayılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən