İran vətəndaşı Salyanda qəza törətdi, xəsarət alan var

İran vətəndaşı Salyanda qəza törətdi, xəsarət alan var

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon sakini Novbət Xudaverdi Əli oğlu idarə etdiyi “TIR” yük maşını ilə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Xudaverdi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən