Qızıl emalı assosiasiyası yaradılacaq - VİDEO

Qızıl emalı assosiasiyası yaradılacaq - VİDEO
Bu qurum dövlət orqanları və sahibkarlar arasında körpü olacaq

"Azərbaycanda yaxın vaxtlarda qızıl emalçıları assosiasiyası yaradılacaq. Yaxın iki həftə ərzində assosiasiya qeydiyyatdan keçəcək. Bu əlamətdar bir hadisə olacaq, çünki qurum dövlət orqanları və sahibkarlar arasında körpü rolunu oynayacaq"

Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə fəaliyyət göstərəcək işçi qrupun yaradılması da qərara alınıb və bu qrupda Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, "AzerGold"un və yeni assosiasiyanın nümayəndələri təmsil olunacaqlar.

Digər xəbərlər
Bu gün
Dünən