Yanğının söndürülməsinə 23 avtomobil, 125 şəxsi heyət, 1 helikopter cəlb olunub - VİDEO

Yanğının söndürülməsinə 23 avtomobil, 125 şəxsi heyət, 1 helikopter cəlb olunub - VİDEO
Yanğında xəsarət alan olmayıb

"Yanğının söndürülməsinə 23 yanğın avtomobili, 125 nəfər şəxsi heyət, həmçinin FHN-nin Xisusi Riskli Xilasetmə Xidmətindən 90 nəfər şəxsi heyət və 1 ədəd helikopter yanğının söndürülməsinə cəlb edilib".

Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Əkbər Novruzov REAL-a məlumat verib.

"Fövqəladə Hallar Nazirliyinə yanğın barədə məlumat səhər saat 07:39-daxil olub. Həmin andan 5 dəqiqə ərzində ilk yanğın briqadaları hadisə yerinə çatıb. Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2-ci mürəkkəblik dərəcəsi üzrə çağırış elan olunub. Yanğının söndürülməsinə dərhal Bakı Qarnizonu Qaradağ Rayonu Dövlət Yanğından Mühafizə hissəsindən əlavə digər yanğınsöndürən qüvvələr də cəlb olunub. Ümumilikdə yanğının söndürülməsinə 23 yanğın avtomobili, 125 nəfər şəxsi heyət, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətindən 90 nəfər şəxsi heyət və 1 ədəd helikopter yanğının söndürülməsinə cəlb edilib. Yanan sahə təxminən 900-1000 kv metrdir. Yanğının başverə səbəbləri hazırda ərazidə tətqiqat işləri aparan Dövlət Yanğından Mühafizə Xidmətinin Tətqiqat qrupu tərəfindən araşdırılır. Yanğının söndürülməsi zamanı həm yanğın bölmələri arasında. həm də ticarətçilər arasında xəsarət alan olmayıb. Hadisə yerinə dərhal DİN-in Çekik Alayı da hadisə yerinə cəlb olunub. Onlar ərazidə təhlükəsizliyi, asayişi təmin edib. İnsanların yanğın ərazisinə girişinin qarşısı dərhal alınıb. Yanğın 1 saat müddətində tamamilə söndürülüb", deyə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Əkbər Novruzov bildirib. 

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi bildirib ki, yanğının səbəbi kimi elektrik cihazlarının işlək vəziyyətdə qalması və digər amillər araşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər