“Mikro inqilabın makro uğursuzluğu“ - VİDEO

“Mikro inqilabın makro uğursuzluğu“ - VİDEO
S.Seyidov: "İ.Əliyevlə N.Paşinyanın debatı tarixi xarakter daşıyır"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən debat haqqında fikirlərini bölüşüb.

O, İndiyə qədər iki ölkə lideri arasında belə birbaşa və açıq polemikanın olmadığını, ona görə də bu hadisənin müəyyən mənada tarixi xarakter daşıdığını və onu müxtəlif aspektlərdən nəzərdən keçirməyə ehtiyac olduğunu deyir.

• Sırf insani nöqteyi-nəzərdən bunu müharibə şəraitində olan iki ölkənin liderləri arasında ciddi və sərt bir dialoq kimi təhlil etmək olar.
• Psixoloji baxımdan bu müzakirə özünü idarəetmə səviyyəsinin, təfəkkür məntiqinin, danışıq tərzinin və iştirakçıların fərdi xüsusiyyətlərinin əyani göstəricisi ola bilər.
• Siyasi nöqtey-nəzərdən Münhen debatı həm beynəlxalq, həm də milli səviyyələrdə hər iki liderin reytinqinə birbaşa təsir göstərir.
• Nəhayət, müzakirələri beynəlxalq münasibətlərə təsir və Dağlıq Qarabağ münaqişəsinin həllinə diplomatik yanaşma baxımından da təhlil edə bilərik.

Bu görüşdən bir neçə saat əvvəl cəbhədə daha bir əsgərimizi snayper gülləsindən itirdik. Əlbətdə, bunu prezidentə bildirdilər və görüşdən əvvəl onun hisslərini təsəvvür edirəm. Əminəm ki, əsgərimizin ölümündə birbaşa məsuliyyət daşıyan biri ilə debata o, ürək ağrısı, eyni zamanda haqqlı mövqeyi, xalqına və öz gücünə inamla gedirdi.

"Mən həqiqəti söyləməyə gəlmişəm" –bu sözlər Əliyevin çıxışının leytmotivinə çevrildi. Məhz bu sözlərlə o, öz gücünü həm zalda əyləşənlərə, həm Paşinyana hiss etdirdi.

Səməd Seyidov qeyd edir ki, Prezident İlham Əliyev yüksək mədəniyyət, heyrətamiz ağıl, aydın təfəkkür, fenomenal yaddaş, mükəmməl ingilis dilini bilmə bacarığı ilə öz şəxsiyyətini o qədər geniş miqyasda nümayiş etdirdi ki, bununla müqayisədə Paşinyan sadəcə nəzərlərdən itdi, maraqsız, gülünc və hətta axmaq təsiri bağışladı. Amma Əliyevi müzakirə apardığı Paşinyan o qədər də maraqlandırmırdı. O, dünya ermənilərini hədəf almışdı.

Bəli, bu, dünya siyasi elitası qarşısında parlaq siyasi qələbə idi. Eyni zamanda təhsilin, zəkanın və vətənə sədaqətin qələbəsi, Azərbaycanın mövcud potensialına şübhə edənlərin hamısının üzərində qələbə idi.

Siyasətə bir fenomen olaraq fərqli təriflər verilir, amma mənə elə gəlir ki, bu ayrı-ayrı şəxsin və ya bir qrup insanın emosional vəziyyətinin rəsmi beynəlxalq sənədlərə və dövlətlər arasında diplomatik davranış qaydalarına keçməsi prosesidir. Bu mənada Münhen müzakirəsi heç kəsi laqeyd qoymadı, hər bir azərbaycanlıda qürur hissi oyatdı.

Deyirlər ki, hər millət öz liderinə layiqdir. Əgər belədirsə, o zaman ağıllı, təhsilli, cəsarətli, öz maraqlarını (insanları) müdafiə edə bilən xalqımla fəxr edirəm və ona (insanlara) sonsuz sadiq olan Prezidentimlə fəxr edirəm !!!

Qeyd edək ki, fevralın 14-dən 16-dək tarixlərində Almaniyada 56-cı Münhen Təhlükəsizlik Konfransı baş tutub.Konfrans çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər