Ramil Şeydayev “Sabah“la müqavilə bağladı

Ramil Şeydayev “Sabah“la müqavilə bağladı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Sabah”a keçidi barədə yayılan xəbərlər öz təsdiqini tapıb.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Ramil Şeydayev “Sabah”la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Xatırladaq ki, karyerasına Rusiyanın “Zenit” klubunda başlayan Ramil daha sonra “Rubin”, “Krılya Sovetov”, “Dinamo” Moskva, həmçinin Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” və ölkəmizdə “Qarabağ” komandasında da çıxış edib.

2016-cı ildən Azərbaycan millisinin formasını geyinən Şeydayev seçməmizin heyətində meydana çıxdığı 26 oyunda 4 qol vurub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər