Uçqunun fəsadları - VİDEO

Uçqunun fəsadları - VİDEO
Badamdarda torpaq uçqunu baş verib

Fevralın 16-da axşam Badamdar qəsəbəsində torpaq uçqunu baş verib. Buna səbəb kimi sakinlərin həmin ərazidə yol çəkmək məqsədilə, qazınti işləri aparması göstərilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirdi ki, sakinlər ehtiyyatlı olmalıdırlar.

Onların etdiyi müdaxilələr nəticəsində, belə hadisələrin baş verməsi qaçılmazdır.

Qeyd edək ki, hadisə nəticəsində eni 20 metr olan torpaq kütləsi yamacdan qoparaq yolun üzərinə tökülüb. Hadisə antropogen amillər nəticəsində baş verib. Ərazidəki evlərdən birinin divarında çatlar əmələ gəlib.

Digər xəbərlər
Bu gün
Dünən