İranda parlament seçkilərinə qatılacaq namizədlərin təbliğat və təşviqat işlərinə bu gündən icazə ve

İranda parlament seçkilərinə qatılacaq namizədlərin təbliğat və təşviqat işlərinə bu gündən icazə ve

İranda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərə təbliğat və təşviqat işlərinə başlamaq üçün fevralın 15-dən icazə veriləcək.

AZƏRTAC xəbər verir ki, 11-ci parlament seçkiləri İran üçün gərgin bir vəziyyətdə keçiriləcək. Belə ki, ABŞ ilə qarşıdurmanın kəskinləşməsi və iqtisadi sanksiyalar, fevralın 21-də keçiriləcək parlament seçkilərinə mütləq təsir göstərək. Bu təsirin nədən ibarət olacağına gəlincə isə qeyd etməliyik ki, İran siyasətində həmişə iki böyük siyasi düşərgə arasında rəqabət aparılıb. İnqilabdan sonra formalaşmış sonralar isə daha da güclənmiş islahatçılar və əsasən dindarlardan ibarət mühafizəkarlar arasında həmişə siyasi mübarizə aprılıb. İranda prezident seçkiləri də bu iki düşərgənin nümayəndələri arasında gedir.

Budəfəki parlament seçkilrində islahatçıların qələbə qazanacaqları böyük şübhə altındadır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, islahatçıların lideri olan Həsən Ruhani İranın təcrid olummasını qəbul etməyərək Qərb ilə anlaşmanın zəruriliyini ortaya qoyaraq ABŞ və Avropa dövlətləri ilə danışıqlara başladı.

H. Ruhani hesab edirdi ki, dünyadan geri qalmamaq üçün İran bəzi güzəştlərə getməlidir. Konkret halda isə özünün nüvə proqramını dayandırmalı, sanksiyalardan azad olmalı və dayanıqlı inkişafa nail olmalıdır. Bu tezislər ictimaiyyət tərəfindən dəstəkləndi və ölkə daxilində islahatçıların nüfuzu artmağa başladı. Danışıqların nəticəsi kimi 2015-ci ilin iyununda İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilə imzalandı. Qısa bir müddət ərzində İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldı.

Lakin 2015-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp köhnə administrasiyanın siyasi xəttini düzgün hesab etmədi və İrana qarşı sanksiyaları nəinki bərpa etdi, onları daha da sərtləşdirdi. İrana dünya bazarına neft çıxarmaq da qadağan edildi. Sanksiyalar İranda əhalinin sosial vəziyyətinə mənfi təsir göstərdi. H. Ruhani və islahatçılar komandasının bütün səylərinə baxmayaraq sanksiyalardan qorxan xarici şirkətlər İranı tərk etdilər. Əhali gözlədiyi iqtisadi firavanlıq nəinki baş vermədi, tam əksinə əhalinin sosial vəziyyəti daha da ağırlaşdı.

Belə bir vəziyyətdə qarşıdakı seçkilərdə islahatçıların qalib gələcəyi o qədər də inandırıcı görünmür.

Mühafizəkarlara gəldikdə isə qeyd etmək lazımdır ki, hələ Qərb ilə danışıqlara başlamazdan əvvəl prezident H. Ruhani Ali Rəhbər Əli Xamneyi ilə məsləhətləşmə aparmışdı. H. Ruhani Ali Rəhbəri iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün Qərb ilə danışıqların zəruriliyinə inandıra bilmişdi. Həmin dövrdə Ə. Xamneyi danışıqlara başlamaq üçün icazə verdi, lakin onu da nəzərə çatdırdı ki, ABŞ heç vaxt İran ilə münasibət qurmayacaq. Bu gün Ali Rəhbərin dedikləri özünü tam doğrultdu.

Qeyd etmək lazımdır ki, islahatçılar Qərbə ilə dialoqa meyl etsələr də mühafizəkarlar Qərb ilə əlaqələrə ehtiyatla yanaşırlar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə