Qələbə-75 - VİDEO

 Qələbə-75 - VİDEO
Müharibəyə getmək üçün Hərbi Komissarlığı aldadan 98 yaşlı veteran

Bu il İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyi qeyd olunacaq. Biz də REAL Televiziyası olaraq Qələbədə özünəməxsus xidmətləri olan veteranlarımızla görüşüb 75 illik xatirələri bir daha yada salırıq.

Bu dəfə ki, müsahibim Müharibəyə getmək üçün hərbi komissarlığı aldadan, 75 il keçməsinə baxmayaraq Hələ də ayağında qəlpə qalan 98 yaşlı veteran Nazim Ramazanovdur.

Nazim müəllim müharibə illərini xatırladıqca sevincdən gözləri dolurdu. Deyir ki, içimdə böyük inam hissi olmasaydı bəlkə də sağ qalmazdım.

Hər il Qələbə Günü ərəfəsində təşkil olunan tədbirlərə dəvət alır, tez-tez gənclərlə görüşür qocaman veteran. Keçdiyi şərəfli döyüş yolundan danışır onlara. Nazim müəllim deyir ki, bu yaşıma kimi məni ayaqda saxlayan elə iştirak etdiyim o tədbirlərdir.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə