Koronavirus Aİ-də iqtisadi artımı ləngidə bilər

Koronavirus Aİ-də iqtisadi artımı ləngidə bilər

Koronavirus epidemiyası səbəbi ilə Çinin iqtisadi artım tempinin ləngiməsi böyük ehtimalla Avrozonada iqtisadi artım tempini 0,1-0,2 faiz aşağı salacaq.

AZƏRTAC Avropanın nüfuzlu “Euractiv” portalına istinadla xəbər verir ki, bu proqnoz “S&P Global” reytinq agentliyi tərəfindən verilib.

Portalda qeyd edilir ki, koronavirus onsuz da çətinlik çəkməkdə olan Avropa iqtisadiyyatına zərbə endirib. Avropa Komissiyası noyabr ayında Avropa İttifaqı və Avrozonada ÜDM-in artım göstəricisini müvafiq olaraq 1,4 faiz və 1,2 faizə endirib.

Avropa Komissiyası Brexit və ticarət savaşları da daxil olmaqla, vəziyyətin qeyri-sabitliyini və çoxsaylı riskləri nəzərə alaraq, üzv ölkələrə hər cür ssenarilərə hazır olmaları barədə xəbərdarlıq edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə