Məşğulluq strategiyası - VİDEO

Məşğulluq strategiyası - VİDEO
2020-2025-ci illər üçün tədbirlər planı mühüm irəliləyişlərə imkan yaradır

Prezident İlham Əliyev "Məşğulluq Strategiyasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Tədbirlər Planına əsasən, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və "DOST" mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq, "Məşğulluq" altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək.

Ən əsası isə İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasında nazirliyin "Məşğulluq" altsisteminin inkişaf etdirilməsi məsələsi də var.

Qeyd edək ki, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı" növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Belə ki, bu tədbirlər sırasına həm də iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə