Baramaçıların müşavirəsi - VİDEO

Baramaçıların müşavirəsi - VİDEO
İnam Kərimov:“Yaş barama istehsalının həcmi 6 min tona çatdırılacaq”

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirildi. Müşavirədə Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.

Müşavirədən əvvəl Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər. Nazir İnam Kərimov bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər.

Müşavirədə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirdi ki, aqrar sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamların, verilmiş tapşırıqların icrası istiqamətində də Kürdəmir rayonunda xeyli işlər görülüb. Taxıl, pambıq, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları, o cümlədən heyvandarlıq məhsullarının istehsalında dinamik artıma nail olunub. İcra Hakimiyyəti başçısı kümçülərin problemlərinə də toxundu.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib.

Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxundu. O, bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırdı.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə