Millimizin Dubay sınağı

Millimizin Dubay sınağı
Karateçilərimiz mövsümün 2-ci Premyer Liqa turnirində yarışır

Bu gün Birləşmiş Ərəb Əmirliklərində Karate1 Premyer Liqa turniri start götürəcək.

Dubay şəhərində reallaşacaq yarışda milli komandamız da iştirak edəcək. Mövsümün 2-ci mərhələsinə seçməmizin 14 üzvü qoşulacaq.

Kumite yarışlarında kişilərdən Firdovsi Fərzəliyev, Rafiz Həsənov, Tural Ağalarzadən, Rafael Ağayev, Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov, qadınlardan isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyeva qüvvəsini sınayacaq.

Roman Heydərov kata yarışında mübarizə aparacaq.

Ayın 16-da yekunlaşacaq turnirdə 85 ölkədən 571 karateçi tatami üzərinə çıxacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən