Modernizasiya layihəsi sona çatır - VİDEO, YENİLƏNİB

Modernizasiya layihəsi sona çatır - VİDEO, YENİLƏNİB
"Etilen-Polietilen" zavodunda işlər bu ilin III rübündə yekunlaşacaq

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun modernizasiyası bu ilin III rübündə tam başa çatdırılacaq.

"Etilen-Polietilen" zavodunun etilen üzrə illik məhsuldarlığı 2,3 dəfə artırılacaq.

SOCAR-ın "Etilen-Polietilen" zavodu ərazisində yeni Buxar Turbogenerator qurğusunun tikintisi layihəsi də bu ilin III rübündə başa çatacaq.

Qeyd edək ki, "Etilen-Polietilen" zavodu 1989-cu ildən fəaliyyətdədir.

SOCAR Sumqayıtda bir çox sosialyönümlü işləri öz üzərinə götürüb.

"Azərikimya" İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra SOCAR Sumqayıt əhalisi üçün "Kimyaçı" poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılıb, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verilib. 17 saylı "Gül" uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Şəhəri təmsil edən "Sumqayıt" Peşəkar Futbol Klubu və bu klub üçün geniş idman kompleksi yaradılıb. Cüdo Təlim İdman Mərkəzinin binası və "Kimyaçı" mədəniyyət sarayı da SOCAR-ın dəstəyi ilə əsaslı təmir olunub".

***

11:45

Modernizasiya işlərindən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun etilen üzrə illik məhsuldarlığı 2,3 dəfə artacaq.

REAL-ın məlumatına görə, bunu  Etilen-polietilen zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev  jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əgər 2017-ci ildə zavodun propilen üzrə illik məhsuldarlığı 80-100 min ton təşkil edirdirsə, 2020-ci ildə bu göstərici 187 min ton olacaq. "Modernizasiyadan sonra zavodda etilen istehsalı üzrə də kəskin artım planlaşdırılır. Belə ki, bu il zavodun illik məhsuldarlığı 192 min ton təşkil edəcək",- Q. Əliyev qeyd edib.

O xatırladıb ki, 2017-ci ildə Etilen-polietilen zavodunun etilen üzrə illik məhsuldarlığı 100-120 min ton civarında olub.

Xatırladaq ki, Etilen-polietilen" zavodunun modernizasiya layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94%-ni yerli mütəxəssislər təşkil edir. Zavodun modernizasiyası 2020-ci ilin üçüncü rübündə bitəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə