Muğamın 90 yaşlı əfsanəsi - VİDEO

Muğamın 90 yaşlı əfsanəsi - VİDEO
Prezident İ.Əliyev xalq artisti Ə.Məmmədova “Şərəf” ordenini təqdim edib

Azərbacan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti, xanəndə, bəstəkar, bir çox sevilən mahnıların musiqi və söz müəllifi Əlibaba Məmmədovun 90 illik yuileyi münasibəti ilə fevralın 4- də prezident İlham Əliyev sərəncamı ilə Şərəf ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər.

Muğam sənətinin canlı əfsanəsi Əlibaba Məmmədov xoşbəxt sənətkar olduğunu vurğulayaraq deyib ki, bu yaşımda ən böyük hədiyyəm Prezident İlham Əliyevin 90 illik yubileyim haqqında imzaladığı sərəncam, Prezident İlham Əliyev tərəfindən “Şöhrət “ordeni ilə təltif olunmağım və Birinci Vitse prezident Mehriban Əliyevanın evimizə qonaq gəlməsi oldu .

Muğam oxumağı öyrətmək mümkün deyil. Bununla doğulmalısan,bu Allah vergisidir. Muğam bizə Allah tərəfindən bəxş edilib və mən ona xidmət etməkdən əsla usanmaram deyir 90 yaşlı xanəndə…. Bütün ömrü muğamla bağlı olub sənətkarın. Ömrünün çox hissəsini bu sənətə həsr edib, xalq mahnılarının ifaçısı kimi də şöhrət qazanıb. 100-dən çox mahnıya həyat verən canlı əfsanə deyir ki, nə qədər gücüm var oxumağa həmişə hazıram. Onun ifasında muğam bütün zamanların incisidir. Səsiniz hələ çox uzun illər eşidilsin USTAD.

Azərbacan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Xanəndə, bəstəkar , bir çox sevilən mahnıların musiqi və söz müəllifi Əlibaba Məmmədovun 90 illik yuileyi münasibəti ilə fevralın 4- də prezident İlham Əliyev sərəncamı ilə Şərəf ordeni ilə təltif olunub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər.

Muğam sənətinin canlı əfsanəsi Əlibaba Məmmədov xoşbəxt sənətkar olduğunu vurğulayaraq deyib ki, bu yaşımda ən böyük hədiyyəm Prezident İlham Əliyevin 90 illik yubileyim haqqında imzaladığı sərəncam, Prezident İlham Əliyev tərəfindən “Şöhrət “ordeni ilə təltif olunmağım və Birinci Vitse prezident Mehriban Əliyevanın evimizə qonaq gəlməsi oldu .

Muğam oxumağı öyrətmək mümkün deyil. Bununla doğulmalısan, bu Allah vergisidir. Muğam bizə Allah tərəfindən bəxş edilib və mən ona xidmət etməkdən əsla usanmaram deyir 90 yaşlı xanəndə…. Bütün ömrü muğamla bağlı olub sənətkarın. Ömrünün çox hissəsini bu sənətə həsr edib, xalq mahnılarının ifaçısı kimi də şöhrət qazanıb. 100-dən çox mahnıya həyat verən canlı əfsanə deyir ki, nə qədər gücüm var oxumağa həmişə hazıram. Onun ifasında muğam bütün zamanların incisidir. Səsiniz hələ çox uzun illər eşidilsin USTAD.
 

Digər xəbərlər
Bu gün
Dünən