Kiyevdə turizm nümayəndəliyimiz açılır - VİDEO

Kiyevdə turizm nümayəndəliyimiz açılır - VİDEO
Azərbaycanın 6 ölkədə rəsmi turizm nümayəndəliyi var

Yaxın zamanlarda Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılacaq.

Bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumt verilib

"Bu il isə bir neçə ölkədə yeni turizm nümayəndəliyi açılacaq. Onların sırasında Ukrayna, Cənubi Koreya, Yaponiya və Qazaxıstandır. Başqa ölkələrdə baxılır. Amma artıq bu il olanlar müəyyən edilib ki, fəaliyyətə başlayacaq. Ukraynada bazarı Azərbaycan üçün mühüm bazarlardan biridir. Oradan gələn turistlərin sayı hər il artır. Azərbaycana gələn xarici vətəndaşlar arasında Ukrayna vətəndaşları ton 10-ğa daxildirlər. Biz düşünür ki, digər ölklərdə açdığımız nümayəndəliklər kimi də Ukraynada açdığımız nümayəndəliyimiz turistlərin sayını artmağa köməklik edəcək. Belə ki, digər ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərimizdən Azərbaycana gələn turistlərin sayı ötən il 9 faizdən çox artıb."

Hazırda Azərbaycanın-Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı, Çin , Hindistan və Gürcüstanda rəsmi turizm nümayəndəliklərinin olduğunu deyən Kənan Quluzadə əlavə etdi ki, ötən il ümumilikdə xarici ölkələrdən Azərbaycana 3 milyon 170 min turist gəlib. Onların da əksəriytini Amerika, Fransa, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Böyük Britaniya, Küveyt, Qətər, İran, İraq,İsrail, Səudiyi Ərəbistan, Almaniya, Pakistan, Qazaxıstan və Türkmənistan vətəndaşları təşkil edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə