"Ayntraxt"ın sabiq futbolçusu: "Azərbaycana səfər möhtəşəm idi"

Almaniyanın "Ayntraxt" klubunun sabiq futbolçusu Aleks Meyer 2013-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la keçirdikləri ilk oyunu xatırladıb.

"Report"un məlumatına görə, "Bild" nəşrinə danışan 37 yaşlı keçmiş almaniyalı hücumçu Azərbaycana səfərin onun üçün möhtəşəm keçdiyini bildirib.

"Ayntraxt" klubunda ən yaxşı xatirələrim Azərbaycana səfərimlə bağlıdır. Həmin vaxt Bakıda "Qarabağ"la qarşılaşdıq və 2:0 hesabı ilə qalib gəldik. Hər 2 qolu mən vurdum, ancaq bu, çox da önəmli deyildi. Azərbaycana səfərin özü sadəcə möhtəşəm idi. Avropa Liqası harmoniyası ilə bu, xüsusi bir şey idi" - A.Meyer deyib.

Qeyd edək ki, həmin oyunda "Ayntraxt" məhz Aleks Meyerin qolları ilə qələbə qazanıb - 2:0. Almaniyadakı cavab görüşündə Frankfurt təmsilçisi Azərbaycan klubuna 2:1 hesabı ilə qalib gəlib. Cavab matçında da Ağdam təmsilçisinin qapısına ilk qolu məhz Meyer vurub. Bu futbolçu "Ayntraxt"da 2004 -2018-ci illərdə çıxış edib və 336 oyunda 119 qola imza atıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə