Bakıda daha bir nəfərdən tapança götürülüb

Bakıda daha bir nəfərdən tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Zahid Məlikovdan nömrəsi silinmiş “Minta-37” markalı tapança, darağında ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, ötən gün Bakıda bir nəfərdən də tapança götürülüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə