ABŞ-ın İraqdakı səfirliyinə hücum zamanı 50 hərbçi xəsarət alıb

ABŞ-ın İraqdakı səfirliyinə hücum zamanı 50 hərbçi xəsarət alıb

İraqda hücum zamanı ABŞ-ın 50 hərbçisi xəsarət alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Tomas Kempbell bildirib. 

"On altı yeni hərbi qulluqçuya kəllə-beyin travmaları diaqnozu qoyulub. Hazırda ABŞ-ın 50 hərbi qulluqçusu kəllə-beyin travmaları alıb", - zabit bildirib.

Onun sözlərinə görə, 50 zərərçəkəndən 31-i İraqda tibbi yardım alıb və xidmətə qayıdıblar. Xəsarət alan 18 hərbi qulluqçu sonrakı müalicə üçün Almaniyaya təxliyyə edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın ABŞ bazalarına hava zərbələri zamanı zərərçəkənlərin olmadığını bildirib. Lakin o sonra xəsarət alanların olduğunu etiraf edib. Ancaq Ağ Ev rəhbəri iddia edirdi ki, söhbət yüngül xəsarətlərdən gedir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə