İsveçin Xarici İşlər naziri: ”ABŞ Prezidentinin təklifi beynəlxalq hüququn tələblərinə cavab vermir”

İsveçin Xarici İşlər naziri: ”ABŞ Prezidentinin təklifi beynəlxalq hüququn tələblərinə cavab vermir”

İsveçin Xarici İşlər naziri Ann Linde ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üçün təklif etdiyi sülh planı layihəsini şərh edib.

AZƏRTAC xəbər verir ki, Ann Linde yeni planın bütün müddəaları ilə hələlik tanış olmadığını bildirsə də, ilkin baxışdan bu təşəbbüsün münaqişənin həlli üçün Avropa İttifaqının tələblərinə cavab vermədiyini söyləyib.

“ABŞ Prezidenti Donald Trampın təklifi beynəlxalq hüququn tələblərinə cavab vermir.

Biz beynəlxalq hüququn və BMT qətnamələrinin tərəfdarı olaraq sülhün davamlı və ədalətli olması üçün həm İsrailin, həm də Fələstinin ehtiyaclarının nəzərə alınmasını istəyirik”, - deyən İsveç XİN-nin rəhbəri münaqişənin həlli üçün hər iki tərəfin iştirakının vacibliyini bildirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə