Avtobus qəzasında 13 nəfər ölüb

Avtobus qəzasında 13 nəfər ölüb

Boliviyada sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində az 13 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “El Deber” nəşri məlumat yayıb.

Yerli vaxtla 9.30-da baş verən qəza La-Pas şəhəri ilə Karabuko şəhəri arasındakı yolda qeydə alınıb.

İlkin məlumatlara görə, qəza hadisə yerindən qaçan yük maşınının sürücüsünün günahı üzündən baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən